- tala 1 sayli

Go to content

Main menu:

Haqqımızda
 

Zaqatala rayonu Aşagı Tala kəndini 1 saylı tam orta mərktəbin kitabxanasına xoş gəlmisiniz

 
 

   Hər bir ölkədə elmin, təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində kitabın rolu əvəzsizdir. Kitab xalqın mənəvi sərvətidir, onun tarixidir. Kitabxana əsrlər boyu insan dühasının yaratdığı ideya və nəzəriyyələrin mənəvi sərvətlərin sənəd formasında qorunduğu ən böyük informasiya mənbəyidir. Belə kitabxanalardan biri də Zaqatala rayonu Aşağı Tala kənd 1N-li tam orta ümumtəhsil məktəbidir. Artıq 5 ildir ki, yeni məktəbdə kitabxana fəaliyyət göstərir. Kitabxanamızda hər növ kitablar toplanmışdır:


"Siyasi, tarixi, bədii, nağıllar, hekayələr, atalar sözləri, tapmacalar, dərsliklər və s."

 
 

 Məktəbimizdə daxil olan kitablar ştamplanır və invertar kitabına salınır. Oxucular üçün ankentlər düzəldilir, şagirdlərimiz hər gün kitabxanaya gəlir, maraqlı kitablardan məlumat toplayır, araşdırmalar edir, qeydlər aparırlar. Məktəbimizin şagirdləri dərsliklərlə tam şəkildə təmin olunmuşlar. Məktəbimizin müəllimləri də kitabxanaya tez-tez baş çəkirlər. Kitabxanada müəllimlər üçün” metodiki və pedoqoji” ədəbiyyat şöbəsi yaradılmış, alınmış yeni metodiki ədəbiyyat haqqında məlumatlar verilmişdir. Müəllimlərimiz vəsaitlə tam şəkildə təmin olunmuşlar. Məktəbimizdə şagirdlərə verilən dərsliklər hər ay kitabxana müdiri və sinif rəhbəri tərəfindən yoxlanılır, onların səliqəli şəkildə qorunub saxlanılması haqqında şagirdlərlə görüş keçirilir və tələb olunur. Dərslikləri səliqəsiz saxlayan şagirdlərin valideynləri ilə fərdi söhbət aparılır. Bununla belə biz çalışacağık ki, məktəbimiz böyük uğurlara nail olsun.

 
 
Axtar
Besucherzahler
счетчик посещений
Back to content | Back to main menu