- tala 1 sayli

Go to content

Main menu:

 
 
 
 
 
 
 
 
 


 1    2    3   

 

31 Dekabr Dünya Azərbaycanlıların 

Həmrəylik günü və Yeni il

30 dekabr 2015-ci il tarixində məktəbimizdə “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirildi.Tədbirdə məktəbimizin müəllim şagird kollektivi iştirak edirdi.Məktəbimizin şagirdlərinin ifasında rəngarəng mahnılar,şeirlər tədbiri dahada maraqlı etdi.Şaxta babanın gəlişi bütün şagirdlərin sevincinə səbəb oldu.Sonda Məktəbin direktoru Mehnurə xanım bütün müəllim və şagird kollektivini təbrik etdi və can sağlığı və xoşbəxtlik arzuladı

 
 

Əlvida ibtidai - 4"B"

A. Tala kənd 1 saylı tam orta məktəbdə 4-cü sinif şagirdlərinin “Əlvida ibtidai təhsil” adlı buraxılış gecəsi keçirilib. Təhsil müəssisəsinin pedaqoji kollektivi və Təhsil İdarəsi nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə məktəblilər hazırladıqları ədəbi-bədii kompozisiyalarını nümayiş etdiriblər. Daha sonra 4-cü sinif şagirdlərindən ibarət şən və hazırcavab klubu göstədikləri yumoristik səhnəciklərlə qonaqların zövqünü oxşayıb. Bildirək ki, bu cür tədbirlər məktəbimizin hər il ibtidai siniflərində keçirilir.

 
 

Əlvida ibtidai - 4"A"

Məktəbimizin 4-cü "A" sinfində “Əlvida ibtidai” adlı buraxılış gecəsi keçirilib. Təhsil müəssisəsinin pedaqoji kollektivi və Təhsil Şöbəsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə məktəblilər hazırladıqları ədəbi-bədii kompozisiyalarını nümayiş etdiriblər. Daha sonra 4-cü sinif şagirdlərindən ibarət şən və hazırcavab klubu göstədikləri yumoristik səhnəciklərlə qonaqların zövqünü oxşayıb. Bildirək ki, bu cür tədbirlər məktəbimizin hər il ibtidai siniflərində keçirilir.

 
 

Açıq dərs - 4"A"

  Hər tədris ilində olduğu kimi bu tədris ilində də məktəbimizin bütün siniflərində mütamadi olaraq açıq dərslər keçirilir. Bu dərslərin keçirilməsində məqsəd həm pedagoji kollektivin, həm də şagirdlərimizin hazırlığını , biliyini yoxlamaqdır. Keçirilən dərslərdə müəllimlərimiz İKT bacarıqlarından istifadə edir, kurikulum tələblərinə cavab verən dərslər qururlar. Eyni zamanda şaqirdləimizində özlərini idarə etməsi, azad fikir söyləməsi, bir biri ilə əmakdaşlığı  bu dərsəldə ozunu doğruldur.

 
 

"Səməd Vurğun" gecəsi

10.04.2015-ci il tarixdə məktəbimizdə Səməd Vurğunun yaradıcılığını əks etdirən gecə keçirildi.  Səməd Vurğun xalqımız, millətimiz üçün o qədər dəyərli bir şəxsiyyət olub, o qədər zəngin bir irs qoyub ki, onun haqqında , bir gün yox, bütöv bir il müddətində danışmaq olar. Bu müddətdə hər yerdə, hər evdə, hər şəhərdə, hər kənddə , onun şerləri oxunur, əsərləri yenidən canlanır və bunlar hamısı müasirlərimizə, gənclərimizə ruh verir, onları sevindirir, şadlandırır. Səməd Vurğun öz dövrünün, zəmanəsinin mühitində, çərçivəsində yazıb-yaradıb və Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlər göstəribdir, Azərbaycan ədəbiyyatını, mədəniyyətini, dünya ədəbiyyatını zənginləşdiribdir. Fitri, parlaq istedadı, çox nadir xüsusiyyətə malik olan istedadı, eyni zamanda ən gənc yaşlarından yazıb yaratmaq əzmi Səməd Vurğunu qısa bir zamanda xalqımızın sevimli şairinə çevirmiş və o, həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə tanınmış, sayılan bir insan olmuşdur.

 
 

Təbiəti sevək, qoruyaq...

İnsan qurur, yaradır, yerin, göyün sirlərini açır. Öz ağlı ilə kəşflər edir, möcüzələr yaradır. Təbiəti sevir, onu gözəlləşdirir, bu gözəlliyi qiymətləndirməyi bacarır. Ətrafında olan hər nə varsa onu gözəl, cazibədar, zövqlü görmək istəyir. Buna görə də təbiəti sevir, onu qoruyur. Təbiəti qorumaq isə bizim sağlamlığımız, uzunömürlülüyümüz deməkdir. Yaşıllığı zənginləşdirmək hamının borcudur. Təbiət bir ahəngdir.  Hər şeydən əvvəl, sularımızın, ətraf mühitin təmizliyini, havamızı göz bəbəyi kimi qorumağı bacarmalıyıq. Buna isə yaratdığımız əlverişli mühit vasitəsilə nail ola bilərik. Bu məqsədlə hər il olduğu kimi, bu il də məktəbimizin müəllim və şagird kollektivi ətraf mühitin təmizliyini qorumaq, xoş mühit yaratmaq üçün müxtəlif tədbirlər həyata keçirir.

 
 

"Üzeyir Hacıbəyov" klasik musiqinin banisi

Məktəbimizdə dahi bəstəkarı Üzeyir Hacıbəyovun yaradıcılığını əks etdirən gecə kecirilib. Müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi 1885-ci il sentyabrın 18-də Şuşada anadan olub. Onun 1908-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Üzeyir Hacıbəyov həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. "Arşın Mal Alan" musiqili komediyası da onun adı ildə bağlıdır. 1937-ci ildə Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası isə Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Bu dahi şaxsiyyətin yaradıcılığı hər bir musiqiçiyə nümünə olmalıdır.

 
 

2-ci sinif tədbiri

 
 

3-cü sinif tədbiri

 
 

4-cü sinif tədbiri

 
 

6-cı sinif tədbiri

 
 

8-ci sinif tədbiri

 
 

8-ci sinif tədbiri (2)

 
 

Xocalıya ədalət

  Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi məktəbimizdə də geniş şəkildə qeyd olundu. Tədbirin məqsədi “Xocalıya Ədalət“ kampaniyasına dəstək vermək, dünyanın diqqətini bir daha Xocalı soyqırımına yönəltmək olmuşdur. Bildirilmişdir ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilmiş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfərin taleyi isə hələ də məlum deyildir. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.
İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır.

 
 
 
 
 
 
 
 
 
 


 1    2    3   

 
Axtar
Besucherzahler
счетчик посещений
Back to content | Back to main menu