- tala 1 sayli

Go to content

Main menu:

 
 
 
 
 
 
 
 
 


 1    2    3   

 

Yeni il şənliyi"

30.12.2016 cı il tarixində Aşağı Tala 1 № li tam orta məktəbində Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il şənliyi keçirildi. Şənlikdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Şənliyə Şaxta baba və Qar qızın gəlişi xüsusi rəng qatdı. Şagirdlər hazırladıqları kompozisyanı təqdim etdilər. Şaxta baba körpə balalarımızı öz hədiyyələri ilə sevindirdi.Tədbir musiqi sədaları və rəqslərlə sona çatdı.

 
 

“Uşaq hüquqları Konvensiyası”

Aşağı Tala kənd 1№ li tam orta məktəbində “Uşaq hüquqları Konversiyası” haqqında tədbir keçirilmisdir. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru açdı. Vətən torpagının nailiyyətlərini daha da yüksəltmək, böyuk zəhmət bahasına əldə olunan müstəqilliyi qoruyub gələcək nəslə ərmagan etmək işində gənc nəsil öndə olmalıdır. Bunu ancaq özündə yüksək əxlaqi keyfiyyətli, əxlaqi saflıgı fiziki kamilliyi mənəvi zənginliyi birləşdirən şəxsiyyət edə bilər. Tədbir məktəbin VIIa sinif şagirdlərinin çıxışları ilə davam etdi.

 
 

9 Noyabr “Bayraq günü”

Aşağı Tala kənd 1№-li tam orta məktəbində 8 Noyabr tarixində “Beynəlxalq Bayraq günü” münasibətilə tədbir keçirildi. Tədbirdə Məktəbin direktoru M. İsmayılova müəllim və şagird kollektivi iştirak edirdilər. Məktəbin Tarix müəllimi Murad Abdullayev çıxış edərək Azərbaycanın Bayrağının qəbul olunması və rənglərinin mənaları haqqında şagirdlərə məlumat verdi. Daha sonra Məktəbin VIII sinif şagirdləri “Bayraq günü“ münasibətilə Tədbirə Azərbaycanın Bayrağını gətirdilər. Tədbir şagirdlərin hazırladıqları maraqlı çıxışlarla davam etdi.Tədbirin sonunda şagirdlər Azərbaycanın Bayrağını daima yüksəldəcəklərinə söz verdilər.

 
 

Zəngilanın işğalından 23 il keçməsi

28 Oktyabr 2016-cı il tarixində Aşağı Tala kənd 1 №-li tam orta məktəbində “Zəngilanın işğalından 23 il keçməsi” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Məktəbin direktoru M.İsmayılova, məktəb müəllimləri və şagirdləri iştirak edirdi.Məktəbin direktoru M.İsmayılova Zəngilanın işğalından şagirdlərə məlumat verdi. Məktəbin IX sinif şagirdləri “Zəngilanı Unutmarıq” adlı kompazisiya ilə çıxış etdilər. Zəngilanı əks etdirən video çarx nümayiş olundu.

 
 

“ Heydər Əliyev- 93”

Ulu Öndər Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar Tala 1 № li tam orta məktəbin IX sinif şagidləri və məktəbin tarix müəllimi Mirzəyeva Günel müəllimənin iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycanı Beynəlxalq Münasibətlər Sisteminə Gətirən Lider “mövzusunda dəyirmi masa keçirildi.Heydər Əliyevin həyat və yaradıcıllığından bəhs edən video çarx izlənildi ,   müəllimə bu mövzuda məruzə etdi , şagirdlər də Ulu Öndərin Təhsilə və gənclərə verdiyi töhfələrdən danışdılar.

 
 

“Siniflər arası bilik yarışı”

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məktəbdə siniflər arası bilik yarışı keçirildi.Yarışda V , VI , VII , VIII , IX , X sinifləri iştirak edirdi . IX sinif şagirdləri bilik yarışının qalibi oldu

 
 

“Şən Startlar” yarışı.

Məktəbimizdə Milli Qəhrəmanların xatirəsinə həsr olunan “Şən startlar ” yarışı keçirildi . Yarış məktəbin VIII –XI siniflər arasında təşkil olunmuşdur. Yarışın qalibi X sinif şagirdləri oldu

 
 

“Şən Startlar” yarışı.

Məktəbimizdə Milli Qəhrəmanların xatirəsinə həsr olunan “Şən startlar ” yarışı keçirildi . Yarış məktəbin VIII –XI siniflər arasında təşkil olunmuşdur. Yarışın qalibi X sinif şagirdləri oldu

 
 

“Novruz Şənliyi”

Mart ayının 18 - də məktəbimizdə “Elimizə bahar gəlir” adlı Novruz şənliyi keçirilmişdir . Kosa keçəl ,bahar qızı tədbirə bir başqa rəng qatdılar . Şagirdlər Novruzun adətlərindən olan yumurta döyüşü , tonqaldan atılma , papaq atma və başqa adətlərimizi yada salaraq əyləndilər.

 
 

“Sağlam həyat tərzi”mövzusunda dəyirmi masa.

02 Mart 2016 - cı il tarixində məktəbimizdə III - VIII sinif şagirdlərinin və müəllimlərinin iştirakı ilə “Sağlam həyat tərzi” mövzusunda dəyirmi masa keçirildi . Tədbiri giriş sözü ilə məktəbin təlim - tərbiyə işləri üzrə Musayeva Mayisə müəllimə açdı. O , salamlığın həyatımızda vacib rol oynadığını qeyd etdi.Dəyirmi masa iştirakçıları “Vitaminlər” , Siqaret sizə zərər verir” , ”Spirtli içkilərin orqanizmə ziyanı” video - filmlərinə baxdılar . Məktəbin direktoru Mehnurə xanım İsmayılovanın “Sağlamlığımıza zərər verən mikroblardan necə qorunmaq lazımdır?” sualına şagirdlər ətraflı cavab verdilər.

 
 

“Əlifba Bayramı”

Mart ayında I "a" , I "b" siniflərinin Əlifba bayramı keçirilmişdir . Müəllimlərin iştirakı ilə Tədbirdə uşaqlar şeirlər demiş , mahnılar oxumuş və viktorinalar təşkil etmişlər . Maraqlı səhnəciklər və rəqslər də tədbirə ayrıca rəng qatdı.

 
 

“Xocalı soyqırımının 24 illiyi”

26 Fevral tarixində məktəbdə “Xocalı Soyqırımı” na həsr olunmuş tədbir keçirildi. Tədbirdə X sinif şagirdləri çıxış etmiş , Xocalı bizim qan yaddaşımızdır adlı şagirdlərin və müəllim kollektivinin iştirakı ilə nümayiş keçirildi.

 
 

IX sinif açıq dərs

Fevral ayında Biologiya müəllimi Aslanova Arzunun IX sinifdə Vitaminlər mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə müasir təlim metodlarından İKT - dən istifadə edilmişdir. Şagirdlərin dərsə marağı və iştirakı yüksək səviyyədə idi.

 
 

“Kainat Tədris mərkəzi tərəfindən şagirdlərin mükafatlandırılması”

Fevral ayında Kainat Tədris mərkəzində yer tutan şagirdlərin mükafatlandırılması olmuşdur. Həmin yarışda məktəbin 3 cü sinif şagirdi Barxalova Röya I yer. Şabanov Məmmədəli , Qocayev Məhəmməd isə II yerə layiq görülmüşdürlər.Şagirdlərimiz kurs tərəfindən diplom və hədiyyələrlə təltif olunmuşlar.

 
 

Ümumtəhsil məktəb şagirdlərinin 

“Mütaliə vərdişlərinin təkmilləşdirilməsi”

Yanvar ayında məktəbin VI sinif şagirdləri B.Vahabzadənin “Atılmışlar” poemasını mütaliə etmiş və kiçik bir hissəsini səhnələşdirmişlər. Poemada ailə münasibətlərindən bəhs edilir. Şagirdlər çıxış edərək ana - oğul , gəlin - qaynana münasibətlərinə toxunmuş, poemanın əsas ideyasını ortaya çıxarmağa çalışmış və buna müvəffəqiyyətlə nail olmuşlar.

 
 
 
 
 
 
 
 
 
 


 1    2    3   

 
Axtar
Besucherzahler
счетчик посещений
Back to content | Back to main menu