- tala 1 sayli

Go to content

Main menu:

 
 
 
 
 
 
 
 
 


 1    2    3    4 

 
 

“Şəhdilik zirvəsi"

      16 yanvar 2019-cu ildə məktəbimizin VII və VIII sinif şagirdləri ilə birlikdə Aşağı Tala kədində yerləşən "Şəhidlər Abidəsini" ziyarət etdik. Fani olan dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu Vətəni göz bəbəyi kimi sevmək və yolunda canından keçməkdir. Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğul və qızlarımız döyüşlərdə mənfur düşmənə ağır zərbə vurmaqla, layiqli dərs verməklə təkcə qəhrəmanlıq salnaməsinə adlarını yazmırlar, eyni zamanda Vətənin bölünməzliyinə imza atırlar. Allahdan bütün həlka olmuş şəhidlərimizə rəhmət diləyirik. ŞƏhid məzarları and yerimizdir.


 
 

“Şəhidlər ölməz, Vətən bölünməz"

      14 yanvar 2019-cu ildə məktəbimizin III, IV, V və VI sinif şagirdləri ilə birlikdə Aşağı Tala kədindən şəhid düşən şəhidlərin məzarlarını ziyarət etdik. Şagirdlər şəhid məzarlarına gül-çiçək dəstələri qoydular, dua etdilər. Allahdan şəhidlərimizə rəhmət diləyirik. Qəbirləri nurla dolsun. Əlbət itirilən torpaqlarımızı geri aldığımız gün onların da ruhları şad olacaqdır.

 
 

“Yeni il, yeni arzular"

      31 dekabr "Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ili" qeyd edirik. Yeni il Bayramı — dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləyirlər. Bu yeni il hər kəsə xeyirli və düşərli olsun. Qarşıdan gələn yeni il münasibətilə məktəbimizin kollektivi adından hər birinizi təbrik edir və bol bərəkətli, sağlıqlı və xoşbəxtliklə dolu il olmasını arzulayırıq.

 
 

Ulu öndərə həsr olunmuş açıq dərs"


   11.12. 2018-ci il tarixində məktəbin tarix müəllimi Filmanova İlahənin Heydər Əliyev mərkəzində, Ulu Öndər Heydər Əliyevin "Anım gününə" həsr olunmuş açıq dərsi keçirilmişdir. İlahə müəllimə  Ümumilli Lider Heydər Əliyevin keçdiyi həyat yolundan bəhs etmişdir. Dərsdə videoçarxlar göstərilmişdir. 

 
 

Əbədi lider"


   10.12.2018-ci il tarixində məktəbimizdə Ulu Öndər Heydər Əliyevin anim günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə məktəbin Vll-Vlll sinif şagirdləri gözəl çıxışları ilə fərqlənirdi. Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Mehnurə müəllimə ulu öndərin keçdiyi həyat yolundan, danışdı. Daha sonra isə məktəbimizin tarix müəllimi Günel müəllimə də Heydər Əliyev siyasi kursundan geniş şəkildə danışdı. 


 
 

Azərbaycan Xalq Cumhuriyyəti 100"


   05 dekabr 2018-ci ildə  məktəbimizdə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbiri məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Arzu müəllimə təşkil etdi. Tədbirlər rayonumuzun ictimaiyət nümayəndələri iştirak edirdi. Şagirdlərin hazırladıqları rəqslər, şeir kompozisiyaları, səhnələr, ifa etdikləri mahnılar maraqla qarşılandı.

 
 

QİÇS-lə mübarizə günü"


   30 noyabr 2018-ci ildə  məktəbimizdə "Ümumdünya QİÇS-lə mübarizə günü" ilə bağlı tədbir keçiridi.Tədbiri VII-X sinif şagirdləri hazırlamışdır. 1988-ci ildən etibarən hər il dekabr ayının 1-də “Ümumdünya QİÇS-lə mübarizə günü” qeyd edilir. Bu tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunmuşdur.

 
 

Şanlı Bayrağım"


   8 noyabr 2018-ci ildə məktəbimizdə "Bayraq günü" ilə əlaqədar rəsm, şeir müsabiqələri və tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Müsabiqədə yer tutmuş şagirdlərə məktəb direktoru tərəfindən təşəkkürnamə təltif edildi. Şagirdlərin maraqlı şeir və musiqi çıxışları tədbiri rəngarəng etdi. 

 

 
 

Vətənimiz  - müqəddəs and yerimiz"


   23.10.2018-ci il tarixində Aşağı Tala kənd 1 nomrəli tam orta məktəbində 2 A sinif şagirdlərinin təqdimatinda "Vətənpərvərlik" movzusunda tədbir keçirildi.Tədbirdən qisa da olsa goruntuləri sizə təqdim edirik. Afərin size korpə balalar. Uğurlariniz davamlı olsun.

 
 

Beynəlxalq fındıq festivalı"


   29 sentyabr 2018-ci ildə rayonumuzda möhtəşəm şəkildə Beynəlxalq Findiq, Qoz, abalıd festivalı keçirildi. Fındıqdan qozdan, şabalıddan hazırlanmış çox gözəl əsərlərdən ibarət sərgilər nümayiş olundu. Festivala Tala 1 saylı məktəb olaraq hazırladığımız əl işi çox bəyənildi. Məktəbimiz adından başda direktorumuz Mehnurə müəllimə olmaqla hər birinizi təbrik edirik. Uğurların davamını gözləyin.😊

 

 
 

İlk dərs günü"


   17.09.2018-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Naziri cənab Ceyhun Bayramovun imzaladığı əmrə əsasən ümumtəhsil məktəblərində ilk dərslər I-IV sinflərdə Vətənim Azərbaycan, V-IX sinflərdə Dövlət rəmzləri, X-XI sinflərdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olundu.İlk dərslər məhz sərəncama əsasən həyata keçirildi.

 
 

Bilik günü"


   15 sentyabr Bilik gunu ilə əlaqədar məktəbimizdə tədbir keçirildi. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mübariz Əhmədzadə, TŞ-nin müdiri  Habil Qurbanov və Aşağı Tala kənd ərazi nümayəndəsi Abduləziz müəllim iştirak etdi. Qonaqlar bütün müəllim və şagird kollektivinə uğurlar arzuladi. Bu ilin məzunu olan 695 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüş Hüseynova Səmra Hüseyn qizinı təbrik edərək, uğurlarin davamlı olmasını arzu etdilər. Bizdə Tala 1 N-li məktəb olaraq başda direktorumuz Mehnurə müəllimə olmaqla bütün şagirdlərimizə uğurlar yüksək nəticə arzulayırıq.

 
 
 
 
 
 
 
 
 
 


 1    2    3    4 

 
Axtar
Besucherzahler
счетчик посещений
Back to content | Back to main menu