- tala 1 sayli

Go to content

Main menu:

 1    2    3    4    5    6    7    8 

 

"Böyük Summativ Qiymətləndirmə"                          

 21.01.2020-ci il tarixində məktəbimiz Böyük Summativ Qiymətləndirmənin keçirilməsinə start verdi.Məqsədimiz BSQ-ləri tam olaraq DİM-nin qiymətləndirmə standartlarına uyğunlaşdırmaqdır (Test bankının məxfiliyini nəzarətçilərin məsuliliyyətliyi,yoxlamaların obyektiv olmasıdır). Hər bir şagirdimizə uğurlar arzu edirik

 
 

"Şahmat yarışı"                          

16.01.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbin fiziki tərbiyə müəllimi Hüseynova Şöhrət 20 Yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında şahmat yarışı keçirdi. Yarışda
 I-yer X sinif şagirdləri
II-yer IXa sinif şagirdləri
III-yer XI sinif şagirdləri çıxdı.

 
 

"Şeir müsabiqəsi"                          

 16.01.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində 20 Yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar şeir müsabiqəsi keçirildi. Şeir müsabiqəsində fərqlənən şagirdlər mükafatlandırıldı.

 
 

"Bilik yarışı"                          

 15.01.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində "20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi"mövzusunda tarix müəllimi Mirzəyeva Günelin təşkilatçılığı ilə bilik yarışı keçirildi. Bilik yarışında məktəbin V-IX-XI sinifl şagirdləri iştirak edib.Yarış istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların yaradıcılığa və elmə olan marağını artırmaq,nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, habelə vətənpərvərlik hisslərini daha da möhkəmləndirmək , tarixi hadisələrə dair məktəblilərin məlumatlılıq səviyyəsini yüksəltmək məqsədlərinə xidmət edirdi. Bilik yarışının nəticələrinə görə IX a sinfi I yerə layiq görüldü. Digər sinfər isə müvafiq yerlərə layiq görüldülər. I yerə layiq görülən sinif məktəb rəhbərliyi tərəfindən mükafatlandırıldı.

 
 

"Unudulmayan tarix"                          

 15.01.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində 20 Yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar "Unudulmayan tarix"adlı tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

 
 

"Qan   yaddaşımız"                          

 13.01.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində 20 Yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar IVb sinfdə "Unudulmayan tarix" mövzusunda Soltanova Ayselin, VIa sinfində "Qan Yaddaşımız"mövzusunda Soltanova Diləfruzun, VIb sinfində isə "Qanlı Yanvar"mövzusunda İsayeva Ruqiyyənin, Mirzəyeva Xəyalənin IV b sinfində "Black January", IIIb sinfində Paşayeva Nübarın "Qanlı Yanvar" ,  IV b sinfində isə Ömərova Mesedin "Tariximizin qan yaddaşı"mövzusunda açıq dərsləri keçirildi

 
 

"20 Yanvar- Unutmadıq..."                          

 13.01.2020-ci il tarixində Aşağı Tala kənd 1 №li tam orta məktəbinin şagirdləri 20 Yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar Zaqatala rayonunda yerləşən Şəhidlər Xiyabanını ziyarət etdilər.
  Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 
 

"20 Yanvar- Unutmadıq..."                          

 10.01.2020-ci il tarixində  Aşağı  Tala kənd   1№li tam orta məktəbin VI A  sinif şagirdləri 20 Yanvar faciəsinin 30-cu 
il dönümü ilə əlaqədar Tala kəndində yerləşən abidəni ziyarət etdilər.
  Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 
 

"20 Yanvar- İnsanlığa qarşı ən böyük terrordur"                          

 10.01.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində 20 Yanvar Faciəsinin 30-cu il dönümü ilə əlaqədar 20 Yanvar Faciəsi  "İnsanlığa qarşı ən böyük terrordur" adlı inşa müsabiqəsi keçirildi. İnşa müsabiqəsində I-yer Rəcəbova Lalə VIII sinif,  II-yer Soltanlı Xanım VIII sinif,  III-yer Ağazadə Mühəmməd VIII sinif şagirdləri layiq görülmüşdür.

 
 

"Unudulmaz tarix"                          

 09.01.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində 20 Yanvar faciəsinin 30 -cu il dönümü ilə əlaqədar "Unudulmaz tarix" adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqədə
I-yer Rəcəbova Lalə Vüqar qızı VIII sinif
II-yer Mustafayeva Əminə Əkrəm qızı VI sinif
III-yer Qaracayeva Aişə Mayis qızı VII sinif
IV-yer İsgəndərli Fidan Teymur qızı VII sinif  layiq görülmüşdür.

 
 

"31 dekabr - Dünya Azərbaycanlılarının 

Həmrəylik Günü"                          

 28.12.2019-cu il tarixində Aşağı Tala kənd 1№li tam orta məkrəbində 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.Tədbirdə məktəbin tarix müəllimi G.Mirzəyeva çıxış edərək Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi bəlkədə bəşəriyyətin xalqımıza bəxş etdiyi ən böyük töhfədir. Azərbaycan xalqı dünya xalqları arasında öz mədəniyyəti ilə mənəvi dəyərləri ilə seçilən xalqdır söylədi

 
 

"Gənc rəssamlar"                          

 28.12.2019-cu il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbin foyesində şagirdlərin maraqlı rəsmlərindən ibarət sərgi təşkil edib. Bütün məktəb şagirdləri sərgiyə baxış keçiriblər. 
   Gənc rəssamlarımıza əhsən!

 
 

"Rəsm müsabiqəsi"                          

 27.12.2019-cu il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbin UBT-rəhbəri 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü ilə əlaqədar məktəbdə rəsm müsabiqəsi keçirdi. Müsabiqədə I-yerə Çobanova Aysel VIII sinif,  II-yerə Rəcəbova Lalə VIII sinif,  III-yerə Qaracayeva Aişə VII sinif,  IV -yerə Hüseynli Mədinə VII sinif şagirdləri layiq görülmüşdür.

 
 

"Fizika fənnindən açıq dərs"                          

 26.12.2019-cu il tarixində Aşağı Tala kənd 1№li tam orta Fizika  Mehdiyeva Aygün  VII sinifdə Mexaniki enerji, Potensial və kinetik enerji mövzusunda açıq dərs keçirdi. Açıq dərsdə şagirdlər mövzuya uyğun hazırladıqları arabacıqlarla təcrübələr nümayiş etdiridlər.

 
 

"Vətənimizi tanıyaq"                          

 20.12.2019-cu il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbin tarix müəllimi Filmanova İlahə V sinif şagirdləri ilə birgə "Vətənimizi taniyaq" mövzusunda dəyirmi masa keçirdi. Dəyirmi masada Zaqatala rayonun gəzməli-görməli yerləri,tarixi abidələri,tarixi şəxsiyyətləri , mədəniyyəti, azsaylı xalqları, mətbəxi haqqında geniş şəkildə məlumat verildi.

 
 

"Ulu öndər Heydər Əliyevə həsr edilmiş

Aşıq dərs"                          

 18.12.2019-cu il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbin tarix müəllimi Mirzəyeva Günel VIII sini şagirdləri ilə Zaqatala rayon Heydər Əliyev mərkəzində dahi şəxsiyyət, müstəqil Azərbaycanın qurucusu , ümümmilli lider Heydər Əliyevə həsr olunmuş açıq dərs keçirdi.

 
 

"Milli Qəhrəman - Mübariz İbrahimov"                          

 17.12.2019-cu il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbin tarix müəllimi Filmanova İlahə V sinif şagirdləri ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsini əbədiləşdirmək üçün diskusiya təşkil etdi. Diskusiyada Mübarizi dünyaya tanıdan qəhrəmanlığı, vətən uğrunda mübarizəsi geniş şəkildə müzakirə olundu

 
 

"Rayonumuzun tarixi-memarlıq abidələri"                          

 13.12.2019-cu il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbi Azərbaycan Respublikasının Təhsil Naziri cənab Ceyhun Bayramovun verdiyi qərara əsasən yaşadığımız diyarın tarixi memarlıq abidələri haqqında şagirdlərimizi məlumatlandırmaq və ziyarət etmək məqsədi ilə rayonumuzun tarxi memarlıq abidələri olan "Çingöz " qala, "Zaqatala" qalası, "Alban məbədi" və "Zaqatala Tarixi Diyarşünaslıq muzeyi"ndə olduq.

 
 

"Xalqa bağışlanan ömür"                          

  11.12.2019-cu il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində Azərbaycan xalqının Ümummilli lideri, görkəmli siyasətçi, dövlət xadimi Heydər Əliyevin anım günü ilə əlaqədar "Xalqa bağışlanan ömür" adlı tədbir keçirildi. Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Ulu Öndər Heydər Əliyevin ölkənin ictimai-siyasi,sosial,iqtisadi, elmi-mədəni həyatında,beynəlxalq əlaqələrində və müstəqil quruculuğu sahəsində gördüyü işlər və rolu haqqında danışıldı.

 
 

"Basketbol yarışı"                          

  10.12.2019-cu il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbin VII-VIII-IX sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar basketbol yarışı keçirildi. Yarışda
  I-yer VII sinif
  II-yer IX
  III-yerə VIII sinif şagirdləri layiq görüldü.

 
 

"Yaradıcılıq gecəsi"                          

   05.12.2019-cu il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində görkəmli şairlərimiz  Bəxtiyar Vahabzadə və Səməd Vurğunun yaradıcıllıq gecəsi keçirildi. Gecədə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Şagirdlər şairlərin əsərlərini səhnələşdirdilər.

 
 

"Müşfiqli günlər"                          

   04.12.2019-cu il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində Mikayıl Müfiqin həyat və yaradıcılığından bəhs edən "Müşfiqli günlər" adllı ədəbi bədii kompozisiya keçirildi. Şagirdlər onun həyat və yaradıcıllığından , yarımçıq qalmış ömrünə sığdırdığı böyük dünyadan söz açdılar

 
 

"Gənclərin Peşəyönümü Tərbiyəsinin Təşkili"                          

   03.12.2019-cu il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində Dövlət Məşğulluq Xidmətinin böyük məsləhətçisi Sevinc Şəmmədova təlimçi-psixoloq Ramilə Abidova, Zaqatala şəhər Məşğulluq Mərkəzinin direktoru Nazim Məmmədov və böyük məsləhətçi Ramazan Səfərovun iştirakı ilə Aşağı Tala 1,3,5 və Yuxarı Tala 2,4 nömrəli məktəblərin müəllim və şagird kollektivləri ilə birgə "Gənclərin Peşəyönümü Tərbiyəsinin Təşkili"mövzusunda maarifləndirici tədbir keçirildi.

 
 

"Əlillərə hörmət etmək hər birimizin borcudur"                          

    02.12.2019-cu il tarixində Aşağı Tala kənd 1 №li tam orta məktəbində məktəbin UBT-rəhbəri M.Xəlilova VII-VIII sinif şagirdləri ilə 3 dekabr "Əlillər günü" ilə əlaqədar  "Əlillərə hörmət etmək hər birimizin borcudur" mövzusunda dəyirmi masa keçirdi.

 
 

"Heydər Əliyev Mərkəzinə ekskursiya"                          

    30.11.2019-cu il tarixində Aşağı Tala kənd 1nömrəli tam orta məktəbin IV sinif şagirdləri Ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə Zaqatala şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər.

 
 

"Plastik məhlullar ölümə aparan təhlükə!"                          

    28.11.2019-cu il tarixində "Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il trixli 935 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı" 2.2.1-ci və 2.2.3-cü yarımbəndlərinin icrasına dair Təhsil nazirliyinin Tədbirlər planına əsasən Aşağı Tala kənd 1№ li tam orta məktəbində "Plastik məhlullar ölümə aparan təhlükə!"adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbirdə məktəbin coğrafiya müəllimi F.Ərəbli Plastik tullantıların təbiətə verdiyi zərər və azaldılması yolları haqqında geniş məlumat verdi.

 
 

"Dirçəliş Günü"                          

    15.11.2019-cu ildə  Aşağı Tala kənd 1№li tam orta məktəbində 17 Noyabr Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.Şagirdlər Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılan milli azadlıq hərəkatı haqqında məlumat verdilər.Vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Tədbir "Bayraq" rəqsi ilə yekunlaşdı

 
 

"Təbiət naminə birləş, həyat naminə birləş"                          

    15.11.2019-cu ildə Heydər Əliyev fondunun "Təbiət naminə birləş, həyat naminə birləş" layihəsi çərçivəsində Zaqatala rayon Aşağı Tala kənd 1№li tam orta məktəbində ağacəkmə aksiyası keçirilib. Layihə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır. Məktəb rəhbəri müəllim və şagirdlərin iştirakı ilə yüzdən çox ağac əkildi.

 
 

"Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi"                          

    Aşağı Tala kənd 1nömrəli tam orta məktəbində Azərbaycan və Türkiyə İctimai xadimi,yaziçisi,siyasətçisi,pedaqoqu ve türkoloqu Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi.Dəyirmi masada məktəbin direktoru M.İsmayılova,dərs hissə müdiri,təlim tərbiyə işləri üzrə direktor müavini,məktəbin tarix və Azərbaycan dili ədəbiyyat müəllimləri V-XI sinif şagirdləri iştirak etdiler ve öz fikirlərini bizimlə bölüşdülər.

 
 

"Maarifləndirici təlim" 

(Qaraul və Karnizon Xidməti)                         

14.11.2019-cu il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində GÇQH-rəhbəri Rəcəb Ramazanov şagirdlərlə "Qaraul və Karnizon Xidməti"nin nizamnaməsinə uyğun olaraq məşğələ keçirdi.

 

 1    2    3    4    5    6    7    8 

 
Axtar
Back to content | Back to main menu