- tala 1 sayli

Go to content

Main menu:

 1    2    3    4    5    6    7    8 

 

"12 Noyabr- Azərbaycan Respublikasının

 Konstitusiyası Günü"                          

12.11.2019-cu ildə  Aşağı Tala kənd 1nömrəli tam orta məktəbində 12 Noyabr Konstitusiya Günü ilə bağlı məktəbin tarix müəllimi Günel Mirzəyeva  VII sinif şagirdləri ilə Azərbaycan Respublikasının Konstitusiyası ilə bağlı sinif saatı təşkil etdi. Günel müəllimə Konstitusiyamızın yaranması, qəbul edilməsi, hüquqlarımız haqqında məlumat verdi. Video-çarxlar izlənildi.

 
 

"Milli iftixarımız, şanlı bayrağımız"                          

08.11.2019-cu il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində 9 Noyabr "Milli iftixarımız şanlı Bayrağımız" adlı tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. İlk öncə bayrağın yaranmasından şagirdlərə məlumat verildi, daha sonra rəngarəng çıxışlarla tədbir davam etdirildi.

 
 

"Bayraq birliyimizin simvoludur"                          

08.11.2019-cu il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində Azərbaycan Respublikasının Təhsil naziri cənab C.Bayramovun əmrinə əsasən bütün sinflərdə birinci dərs saatları 9 Noyabr Bayraq gününə həsr olundu. Şagirdlər gözəl şeirləri, çıxışları və səhnəcikləri ilə dərsə bir az da rəng qatdılar. 3b sinfinin "Dövlət bayrağı meydanı", 4 a sinfinin "Bayraq birliyimizin simvoludur" mövzusunda açıq dərsi oldu

 
 

"Bayrağımız azadlıq, göy qurşağıdır"                          

07.11.2019-cu il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində 9 Noyabr "Bayraq günü" ilə əlaqədar 2b sinfində "Bayrağımız azadlıq göy qurşağıdır", 5-ci sinifdə "Bir kərə yüksələn Bayraq bir daha enməz",  8b sinfində "Mənim bayrağım, mənim kimliyimdir" mövzularında açıq dərslər keçirildi

 
 

"Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması"  

(maarifləndirici tədbir)                          

07.11.2019-cu il tarixində "Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il trixli 935 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı" 2.2.1-ci və 2.2.3-cü yarımbəndlərinin icrasına dair Təhsil nazirliyinin Tədbirlər planına əsasən Aşağı Tala kənd 1№ li tam orta məktəbində İctimai məlumatlılığın artırılması istiqamətində dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin direktoru M.İsmayılova Təlim -tərbiyə işləri üzrə direktor müavini M.Aygün, coğrafiya müəllimi F.Ərəbli, biologiya müəllimi G.Soltanova, kimya müəllimi N.Məmmədova mövzu haqqında geniş məlumat verdilər

 
 

"QİÇS-lə mübarizə" 

(maarifləndirici tədbir)                           

07.11.2019-cu il tarixində Azərbaycan Respublikası Nazirlər kabinetinin 17 fevral 2016-cı il tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş "2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər proqramı"nın 6.5.1 6.5.2 bəndlərinə əsasən Aşağı Tala kənd 1№li tam orta məktəbində İİV/QİÇS infeksiyasının profilaktikası və bu sahədə şagirdlərin bilik səviyyəsinin artırılması məqsədi ilə maarifləndirici tədbir keçirildi. Tədbirdə Zaqatala rayon mərkəzi xəstəxanasının Həkim-Seroloq Könüllü Müayinə kabinetinin rəhbəri Hüquq İnkişaf və Demokratiya Vətəndaş Cəmiyyətinə İnkişafına Yardım Birliyinin mütəxəsissi X.Mustafayev, Aşağı Tala kənd tibb məntəqəsinin tibb bacıları Y.Mustafayeva, A.Ömərova və məktəbin müəllim və VIII-XI sinif şagirdləri iştirak edirdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Mehnurə İsmayılova açdı. Şagirdlərin maarifləndirilməsi istiqamətində məlumat verdi. Həkim X.Mustafayev İİV/QİÇS virusu mənşəyi Azərbaycanda yayılması yollarından danışdı. .Maarifləndirici bukletlər paylanıldı

 
 

"Bayraq qürur mənbəyimizdir"                            

06.11.2019-cu il tarixində Aşağı Tala kənd 1№ li tam orta məktəbində 9 Noyabr "Bayraq günü" ilə əlaqədar silsilə tədbirlər davam edir. Bu gün məktəbimizin I, IIa, IVb, VII siniflərində "Bayraq qürur mənbəyimdir" mövzusunda açıq dərslər keçirildi. Şagirdlərin rəngarəng çıxışları, bayraq haqqında dedikləri şeirlər, mahnılar dərsə bir az da maraq qatdı.

 
 

"Üçrəngli şanlı bayrağım"                            

06.11.2019-cu il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbin kitabxana müdiri N.Əhmədova 9 Noyabr  "Bayraq günü " ilə əlaqədar məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə dəyirmi masa keçirdi. Dəyirmi masada şagirdlər bayrağın təsdiq olunması haqqında geniş məlumat verdilər. Şagirdlərə videoçarxlar göstərildi.

 
 

"Bilik yarışı"

                                      (8-ci siniflər arası)

01.11.2019-cu il tarixində Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbində VIII sinif şagirdləri arasında kimya, coğrafiya, ədəbiyyat fənnlərindən bilik yarışı keçirildi. Yarışda həm də intellektual suallar səslənildi. VIII a sinif şagirdləri qalib oldu. Hər iki sinfin şagirdlərinə uğurlar arzulayiriq.

 
 

"İntellektual bilik yarışı"

                                      (4cü siniflər arası)

31.10.2019 -cu il tarixində məktəbin təşkilatçısı Könül Ağayeva məktəbin IV sinif şagirdləri arasında İntellektual bilik yarışı keçirdi. Yarışda şagirdlər çox fəal iştirak edirdi. Qalib  IV b sinfinin şagirdləri oldu. Hər iki sinfin şagirdlərinə uğurlar, müvəffəqiyyətlər arzulayırıq.

 
 

"Risk qrupuna daxil edilmə ehtimalı olan

 şagirdləri müəyyənləşdirmək "

31.10.2019-cu il tarixində məktəbin psixoloqu Günel İsmayılova tərəfindən V-VIII siniflər üzrə "Risk qrupuna daxil edilmə ehtimalı olan şagirdləri müəyyənləşdirmək " mövzusunda anket sorğusu keçirildi.
Sorğunun keçirilməsində məqsəd məktəbdə psixoloji, hiss-emosional vəziyyətinə görə risk qrupuna daxile dilmə ehtimalı olan şagirdləri müəyyənləşdirmək, o cümlədən psixi durumu qeyri-sabit olan, zəif iradi keyfiyyətlərə malik şagirdlərin mənəvi psixoloji problemlərini aşkar etməkdən ibarətdir.

 
 

"9 Noyabr Bayraq Günü ilə bağlı inşa 

müsabiqəsi "

31.10.2019-cu il tarixində məktəbin UBT-rəhbəri 9 Noyabr Bayraq Günü münasibəti ilə İnşa müsabiqəsi keçirdi. Müsabiqə 
V-XI sinif şagirdləri arasında keçirildi. Müsabiqədə
I-yer Məmmədov Fərid VIII
II-yer Soltanlı Xanım VIII
III-yer Osmanova Məryəm VI sinif 
şagirdləri layiq görüldü.

 
 

" Narkomaniya bəşəriyyətin bəlasıdır "


30.10.2019-cu il tarixində Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbində "Narkomaniya bəşəriyyətin bəlası"dır adlı marifləndirici tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Mehnurə müəllimə açaraq şagirdləri zərərli vərdişlərdən uzaq olmağa səslədi. Zərərli vərdişlər dedikdə burada narkotik, siqaretdən kənar durmalari tövsiyyə olundu. Daha sonra məktəbin psixoloqu G.İsmayılova da narkotikin insan həyatında yaratdığı fəsadlardan danışdı. Şagirdlərə mövzu haqqında videoçarxlar göstərildi.

 
 

" Kitabxanalar həyata giriş qapılarıdır"


 25.10.2019 -cu il tarixində  məktəbimizdə "Məktəb Kitabxanaları günü" qeyd olundu. Kitablar bizi zənginliyə, mənəvi kamilliyə aparan bir vasitədir. Onların toplaşdığı yerlər bizim üçün müqəddəs yerlərdir. Şagirdlər bunu xüsusi olaraq vurğuladılar ki, kitablar onların həyatına işıq salan bir mayakdır.

 
 

" İntellektual bilik yarışı"

(VI siniflər arası)

 24.10.2019 -cu il tarixində məktəbimizdə növbəti  intellektual bilik yarışı təşkil edildi. Bu gün yarış VI siniflər arasında keçirildi. Yarışda VI a sinif şagirdləri qalib gəldi. Qalib sinfi təbrik edir, uğurlar arzulayırıq.

 
 

" İntellektual bilik yarışı"

(V siniflər arası)

 23.10.2019 -cu il tarixində məktəbimizin V sinif şagirdləri arasında İntellektual bilik yarışı keçirildi. Yarışda şagirdlər fəal iştirak edirdilər. Qalib V a sinfi oldu. Qalib sinfi təbrik edir, hər iki sinfə uğurlar arzu edirik.

 
 

" Müstəqillik günü ilə bağlı dəyirmi masa"

 18.10.2019-cu il tarixində Aşağı Tala kənd 1Nli tam orta məktəbində "Milli Müstəqiĺlik"günü ilə əlaqədar dəyirmi masa keçirildi.Müstəqilliyimizdən artiq 28 il ötür müstəqilliyin qazanılması, bu yolda əldə olunan uğurlar, Azərbaycanın inkişafı ilə bağlı olaraq şagirdlər öz fikirlərini bizimlə bölüşdülər.

 
 

" Müstəqilliyin əbədidir"

 16.10.2019-cu il tarixində Aşağı Tala kənd 1 saylı tam orta məktəbində Müstəqillik günü ilə əlaqədar "Müstəqilliyin əbədidir" adlı, məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə tədbir keçirildi. Tədbiri məktəbin VIII A sinif şagirdləri hazırlamışdır. Tədbirdə videoçarxlar göstərildi. Müstəqillik günü ilə əlaqədar keçirilən inşa , şeir, rəsm, basketbol yarışlarında yer tutan şagirdlərə fəxri fərmanlar təltif olundu.

 
 

" Şeir müsabiqəsi"

 15.10.2019 cu il tarixində məktəbimizdə "Müstəqillik günü " ilə əlaqədar şeir müsabiqəsi keçirildi. Şeir müsabiqəsində
I -yer Süleymanova Xalidə Rəşad IV b
II -yer Məmmədova Fatimə Şahid VIII a
III-yer Ramazanova Havva Kamran IV b sinif şagirdləri layiq görülmüşdür.Qaliblərə uğurlar arzu edirik

 
 

" Rəsm müsabiqəsi"

 15.10.2019 cu il tarixində Aşağı Tala kənd 1 saylı tam orta məktəbində Azərbaycan Respublikasının Milli Müstəqillik gününün 28 ci il dönümü ilə əlaqədar olaraq "Müstəqilliyimiz əbədidir"adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqədə
I-yer Hüseynli Mədinə İbrahim qızı
II-yer Qaracayeva Aişə Mayis qızı
III-yer Mustafayeva Əminə Əkrəm qızı layiq görüldü

 
 

" Basketbol yarışı"

(8-ci siniflər arasında)

 11.10.2019 cu il tarixində məktəbimizdə 18 oktyabr "Milli Müstəqillik" günü münasibəti ilə 8-ci siniflər arasında Basketbol yarışı keçirildi. Yarışda 8a sinif şagirdləri 8b sinif şagirdlərinə qalib gəldi.

 
 

"Basketbol yarışı"

(6-cı siniflər arasında)

 10.10.2019 -cu il tarixində məktəbimizdə 18 oktyabr "Milli Müstəqillik" gününün 27 illiyi münasibəti ilə Basketbol yarışları keçirilməyə başlanıldı. Yarış VIa və VIb sinif şagirdləri arasında keçirildi. VIa sinif şagirdləri qalib gəldi.

 
 

"Məktəbimizin uğuru"

 28.09.2019 cu il tarixində rayonumuzda keçirilən Beynəlxalq "Fındıq, Qoz və Şabalıd" festivalında məktəbimizin fındıqdan hazırladığı əl işi 1-ci yerə layiq görülmüşdür. 09.10.2019 cu il tarixində RİHB-nın Humanitar məsələlər şöbəsinin müavini Vəfa xanım Süleymanova, "Zaqatala" qəzetinin baş redaktoru Elmira Mehdiyeva, Aqrar Tədarük və Təchizad açıq səhmdar cəmiyyəti tərəfindən məktəbimizə nailiyyətinə görə Nootbook hədiyyə olundu. Kollektiv adından hədiyyə və göstərdiyiniz diqqət üçün minnətdarlığımızı bildiririk. Uğurlarımız davamlı olsun.

 
 

"Beynəlxalq Müəllimlər günü"

 Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar. Ulu öndər Heydər Əliyev  "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" deyərək Azərbaycan müəlliminin nüfuzunu yüksəklərə qaldırmışdır. Biz də məktəbimizin direktoru və pedaqoji kollektivi başda olmaqla, bütün müəllimlərimizi peşə bayramları münasibətilə təbrik edirik. Onlara can sağlığı və müəvəffəqiyyətlər arzu edirik.

 
 

"Beynəlxalq fındıq, şabalıd, qoz festivalı"

 28.09.2019-cu il tarixində rayonumuzda Beynəlxalq Fındıq, Qoz, Şabalıd festivalı keçirildi. Festivalda məktəbimiz həmişə olduğu kimi fərqli və göz oxşayan fındıqdan hazırlanmış əl işi ilə iştirak edirdi. Əl işimizi Şəhidlərin ruhunun xatirəsinə həsr etmişdik. Coçuqmərcanlı kəndi "Tarixi Qayıdışın Başlanğıcıdır".

 
 

"Beynəlxalq Sülh günü"

 Tarixdə bu gün 21 sentyabr Sülh günü kimi qeyd edilir. Sülh günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib və elə həmin ildən də sentyabr ayının 21-i Sülh günü, ümumdünya atəşkəs günü kimi təqdim olunur. Azərbaycan  hər zaman sülh missiyasına sadiq çıxıb və  sülh tərəfində olduğu üçün qan tökülməsini istəmir. Arzulayır ki, sülh yolu ilə öz torpaqlarına, əsirlikdə əzab çəkən əzizlərinə qovuşsun.

 
 

"Əsrin müqaviləsi 25"

  20.09.2019-cu il tarixində Aşağı Tala kənd 1 saylı tam orta məktəbində "Əsrin müqaviləsi"nin 25 illiyinə həsr etdiyi dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin müəllimləri iştirak etdi. Mövzu haqqinda dəyərli fikirlər söylənildi.

 
 

"Milli Musiqi günü"

  Bu gün dahi Üzeyir Hacıbəyovun doğum günüdür. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. 1995-ci ildən bəri onun doğum günü respublikamızda Milli Musiqi günü kimi qeyd edilir.

 
 

"Birinci dərs günü"

  16.09.2019-cu il tarixində məktəbimizdə birinci dərslər təhsil naziri cənab Ceyhun Bayramovun 30 avqust 2019-cu il F-531№li əmrinə əsasən I-IV sinflərdə "İdman və sağlamlıq", V-IX sinflərdə "Mütaliə və mənəvi zənginliyə aparan yol", X-XI sinflərdə "Azərbaycan inkişaf yollarında" mövzularına həsr olundu.

 
 

"Bilik günü"

  16.09.2019 cu il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində Bilik günü tədbiri keçirildi. Tədbirdə RİHB-nın müavini cənab İ.Şəfizadə, RTŞ-nin metodisti S.Sofiyeva və məktəbin müəllim şagird kollektivi iştirak edirdi. Tədbir iştirakçıları yeni dərs ili münasibəti ilə şagirdləri təbrik etdi və onlara dərslərində uğurlar arzuladılar.

 

 1    2    3    4    5    6    7    8 

 
Axtar
Back to content | Back to main menu