- tala 1 sayli

Go to content

Main menu:

 1    2    3    4    5    6    7    8 

 

"Məktəbimizin daha bir uğuru"

  “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri” barədə Azərbaycan Respublikası Təhsil nazirinin 14.08.2018-ci il tarixli, F-550 nömrəli əmrinin icrası ilə bağlı 2 mərhələdə-rayon (şəhər) və ölkə mərhələləri üzrə Pedaqoji mühazirələr təşkil olunub. Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin direktoru İsmayılova Mehnurə Əjdər qızı ölkə mərhələsində üçüncü dərəcəli diploma layiq görülüb. Təbrik edirik! Direktorumuzu kollektiv adindan tebrik edir,uzun ömür can sağlığı iş fəaliyyətində uğurlar arzu edirik. Əziz direktorumuz adınız həmişə yüksəklərdən gəlsin.

 
 

"Şagirdlərimizin təqdimatı"

  12.07.2019-cu il tarixində Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbində IX - XI sinif şagirdlərinə Ümumi orta təhsil və tam orta təhsil haqqında attestatlar təqdim olundu. IX sinfdə 1 nəfər şagird , XI sinfdə 3 nəfər şagirdimiz fərqlənmə attestatlarına layiq görülmüşdür. Hər birinə uğurlar  diləyirik

 
 

"Şagirdlərimizin uğuru"

  DİM-nin keçirdiyi qəbul imtahanında I qrup üzrə 615 bal toplayan şagirdimiz Mehdiyeva Əminə Əhməd qızı  və 606 bal toplayan şagirdimiz Baharova Aysun Sərdar qızı. Hər birinizə bol şanslar arzu edirik. Uğurlarımız davamlı olsun.

 
 

"İxtisasartırma kursunun məzunları"

 04.07.2019-cu il tarixində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunun keçirdiyi İxtisasartırma təhsili haqqında kursunun Sertifikatları məktəbimizdə təqdim olundu və direktor müəllimləri təbrik etdi.
Dibirova Xuraman Aslan
Hacıməmmədova Rahimə Əhməd
Soltanova Diləfruz Kamal
Tahirzadə Fərqanə Şaban
Yekibaşova Arzu Mehdi

 
 

"Məktəbimizin uğuru"

 Məktəbimizin daha bir uğuru 2018 -2019 cu tədris ilində DİM-nin keçirdiyi qəbul imtahında I qrup üzrə 675 bal toplayaraq rayon ikincisi olmuş və Qızıl medala layiq görülmüş şagirdimiz Rəcəbli Ramin Yaşar oğlu. Uğurların davamlı, yolun hər zaman açıq olsun.Təbrik edirik. Məktəbimiz hər zaman ilk üçlükdə olmağı arzu edirik

 
 

"Son zəng"

 14.06.2019-cu ildə məktəbimizdə "Son Zəng"tədbiri keçirildi. Bütün məzunları təbrik edir, gələcək həyatlarında uğurlar arzu edirik.

 
 

"Beynəlxalq Uşaqlar  Müdafiəsi günü"

 Zaqatala rayonu Aşağı Tala kənd 1 saylı tam orta məktəbində 31.05.2019-cu il 1 İyun "Uşaqların Beynəlxalq Müdafiəsi"günü münasibəti ilə tədbir keçirildi. Tədbir məktəbin ibtidai sinif şagirdlərinin hazirladıqları maraqlı çıxılar, rəqslər, səhnəciklərlə dahada rəngarəng oldu. Bir daha bütün uşaqları 1 İyun "Uşaqların Beynəlxalq Müdafiəsi"günü münasibəti ilə ürəkdən təbrik edir onlara uğurlar arzu edirik.

 
 

"Respublika günü"

  Zaqatala rayonu Aşağı Tala kənd 1saylı tam orta məktəbində 24.05.2019-cu il "28 may Respublika günü" münasibəti ilə tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbir şagirdlərin möhtəşəm çıxışları və rəqsləri ilə daha da gözəlləşdi. Əziyyəti keçən hər kəsə təşəkkürümüzü bildiririk.

 
 

"Muzeylər günü"

  Zaqatala rayonu Aşağı Tala kənd 1 saylı tam orta məktəbi 18.05.2019 cu il tarixində Muzey günü münasibəti ilə "Zaqatala tarix-mədəniyyət qoruğu"na ekskursiya təşkil etmişdir. Şagirdlər ekskursiya zamanı Zaqatalanın tarixi haqqında geniş məlumatlar almış,xoş teessüratlarını bölüşmüşlər.

 
 

"Respublika günü ilə bağlı rəsm müsabiqəsi"

  Zaqatala rayonu Aşağı Tala kənd 1 saylı tam orta məktəbində "28 may Respublika günü "münasibəti ilə rəsm müsabiqəsi keçirildi. Müsabiqədə - 
1-ci yer Hüseynli Mədinə Vlb
2-ci yer Qaracayeva Aişə VI a
3-cü yer Rəcəbova Lalə VII a layiq görülmüşdür.

 
 

"Heydər Əliyevin qüdrəti, torpağın gücü"

  16.05.2019-cu il Zaqatala rayonu Aşağı Tala kənd 1 saylı tam orta məktəbində "Heydər Əliyevin qüdrəti, torpağın gücü" adı altında Ədəbiyyat gecəsi keçirildi. Gecədə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Gecəyə şagirdlərin çıxışları və səhnəcikləri rəng qatdı. Tədbiri məktəbin Azərbaycan dili ədəbiyyat müəllimləri hazırlamışdır. Əməyi keçən hər kəsə təşəkkür edirik.

 
 

"Aprel Döyüşləri-Şanlı Vətənpərvərlik məktəbi"

  14.05.2019-cu il Zaqatala rayon Aşağı Tala kənd 1saylı tam orta məktəbində "Yeni Fikir"Jurnalist Həmrəyliyi İctimai Birliyi "Aprel Döyüşləri-Şanlı Vətənpərvərlik məktəbi"mövzusunda tədbir keçirdi. Tədbirdə Aşağı Tala kənd İcra nümayəndəliyi, kənd bələdiyyə nümayəndəliyi, şəhid valideynləri,məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbirdə Aprel döyüşlərində canlarından keçmiş rayonumuzun şəhidləri haqqında çəkilmiş vidoçarx izlənildi.

 
 

"Kiçik akademiya"

  14.05.2019-cu il Zaqatala rayonu Aşağı Tala kənd 1saylı tam orta məktəbində ədəbiyyat fənnindən Kiçik Akademiya keçirildi.Akademiyada məktəbin VI-IX sinif şagirdləri və müəllimlər iştirak edirdi.Şagirdlər öz yazdıqları şeirləri, xalq folkloru olan bayatıları və hazırladıqları videoçarxları nümayiş etdirdilər.

 
 

"Unudulmaz siyasətçi"

  Zaqatala rayon Aşağı Tala kənd 1 saylı tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin 96-cı il dönümü münasibəti ilə tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbirdə məktəbin tarix müəllimi Mirzəyeva Günel müəllimə Ulu öndər Heydər Əliyevin ömür yolundan şagirdlərə məlumat verdi. Ümummilli lider Heydər Əliyevin 96-cı il dönümü ilə əlaqədar keçirilən şeir və inşa müsabiqəsində yer tutan şagirdlərə fəxri fərmanlar təltif olundu,videoçarxlar izlənildi.

 
 

"Şuşanın işğalı"

  Zaqatala rayon Aşağı Tala kənd 1saylı tam orta məktəbində" Şuşa şəhəri"nin işğalından 27 il keçməsi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə müəllim və şagird kollektivi iştirak edirdi. Məktəbin tarix müəllimi Mirzəyeva Günel çıxış etdi. Şagirdlərin şeirləri çıxışları,dinlənildi. Sonda Şuşa haqqında olan videoçarx izlənildi.

 
 

"Şahmat yarışı"

   Zaqatala rayonu Aşağı Tala kənd 1 saylı tam orta məktəbində 07.05.2019 cu il "Ümummilli lider Heydər Əliyev"in 96cı il dönümü ilə əlaqədar 3 cu sinif şagirdləri arasında şahmat yarışı keçirildi. Yarışda - 
I-yerə Ömərov Natiq
II-yerə Xəlilova Mələk
III-yerə Vanatıyeva Ayan layiq görülmüşdür. Qalibləri təbrik edir,uğurlar arzulayırıq

 
 

"Bilik yarışı"

   Zaqatala rayon Aşağı Tala kənd 1saylı tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin 96-cı il dönümü münasibəti ilə 
V sinif şagirdləri arasında intellektual bilik yarışı keçirildi. Yarışda Va sinif şagirdləri qalib gəldi. Ugurlarınız davamlı olsun əziz şagirdlərimiz.

 
 

"Atletika üzrə yarış"

   02.05.2019-cu il Aşağı Tala kənd 1saylı tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin 96-cı il dönümü münasibəti ilə VI sinflər arasında yüngül atletika yarışı keçirildi. Yarışda VIa sinif şagirdləri qalib gəldi.

 
 

"Narkomaniyaya yox deyək"

   01.05.2019-cu il  Zaqatala rayon Aşağı Tala kənd 1 saylı tam orta məktəbində "Narkomaniyaya yox deyək"başlığı adı altında maarifləndirici tədbir keçirildi. Tədbirdə Aşağı Tala kənd həkim məntəqəsinin baş həkimi Sevda Hüseynova iştirak edirdi. Sevda həkim şagirdlərə zərərli vərdişlərin insan orqanizminə təsirindən və yaratdığı fəsadlardan çıxış etdi. Şagirdlərə videoçarxlar göstərildi

 
 

"Zərif  bir  çiçək"

   Zaqatala rayonu Aşağı Tala kənd 1saylı tam orta məktəbində görkəmli oftalmoloq alim, akademik "Zərifə Əliyevanın 96 illiyi"nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şagirdlər Akademik Zərifə Əliyevanın həyat və yaradıcılığından danışdı,şeirlər söylədilər. Tədbir videoçarxın izlənilməsi ilə başa çatdı.

 
 

"Şəhidlər ölməz, Vətən bölünməz"

   Zaqatala rayon Aşağı Tala kənd 1saylı tam orta məktəbində 23 aprel "Ümumdünya Kitab və Müəlliflik hüququ" günü ilə bağlı tədbir keçirildi.Tədbirdə qonaq qismində "Gözlərini ver yadigar saxlayım","Şəhidlər Ölməz,Vətən Bölünməz"kimi kitabların müəĺlifi Davudova Züleyxa müəllimə,məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.Tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliyəyə marağın artırılması,oxu vərdişlərinin inkişafına nail olmaqdır.Tədbirdə I-XIsinflər arasında keçirilmiş kitab müzakirələrində iştirak etmiş fəal sinfə və fəal şagirdlərə Təşşəkkürnamə təltif edildi.

 
 

"İmadəddin Nəsimi - 650"

    Zaqatala rayonu Aşağı Tala kənd 1 saylı tam orta məktəbində "İmadəddin Nəsiminin 650 illik yubileyi"nə həsr olunmuş tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak edirdi. İlk öncə məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi M.Rahimə İ.Nəsiminin həyat və yaradıcılığı haqqında şagirdlərə məlumat verdi.Videçarxlar göstərildi. Tədbir şagirdlərin çıxışları və İ.Nəsimi filmindən qısa bir səhnəciyin şagirdlər tərəfindən oynanılması ilə başa çatdı.

 

 1    2    3    4    5    6    7    8 

 
Axtar
Back to content | Back to main menu