- tala 1 sayli

Go to content

Main menu:

 1    2    3    4    5    6    7    8 

 

"Reproduktiv sağlamlıq"

    Aşağı Tala kənd 1saylı tam orta məktəbində VI sinif qızları ilə Reproduktiv sağlamlıq haqqında təlim keçirildi. Təlimdə məktəbin Tərbiyə işləri üzrə direktor müavini, UBTR-i və məktəbin müəllimləri iştirak edirdi.

 
 

"Mütaliə günü"

    Aşağı Tala kənd 1 saylı tam orta məktəbində "Mütaliə aylığı"adı altında daha bir kitab müzakirəsi "IXb"sinif şagirdləri ilə Anarın "Mən, sən o və Telefon" hekayəsi oldu. Müzakirədə məktəbin direktoru və Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edirdi. Şagirdlər bu hekayə haqqında çox gözəl fikirlər irəli sürdülər.

 
 

"Hardan başlanır Vətən"

    Aşağı Tala kənd 1 saylı tam orta məktəbində "Hardan başlanır Vətən"mövzusunda rəsm müsabiqəsi keçirildi. Müsabiqədə
I yerə Rəcəbova Lalə "VIIa"
II yerə Hüseynli Mədinə "VI b"
III yerə Ömərova Hürü "Vb" sinif şagirdləri layiq görüldülər.
İştirak edən bütün şagirdləri təbrik edirik.

 
 

"Mütaliə günü"

    Aşağı Tala kənd 1 saylı tam orta məktəbində "Mütaliə aylığı"adı altında silsilə tədbirlər davam edir. 12.04.2019-cu il tarixində məktəbin
"1b" sinfi Turp
"2a"sinfi Tık-tık xanım
"2b"sinfi Şəngülüm, şüngülüm, məngülüm nağıllarının müzakirəsini etdi və səhnələşdirdi. Tədbir çox maraqlı, şən keçdi. Şagirdlərimizə və əziyyəti keçən bütün müəllimlərimizə minnətdarlığımızı bildiririk. Uğurlarınız davamlı olsun deyirik

 
 

"23 Aprel Beynəlxalq Kitab və Müəlliflik 

Hüququ Günü"

    "23 Aprel Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü"-nün qeyd olunması münasibəti ilə Aşağı Tala kənd 1 saylı tam orta məktəbində silsilə tədbirlər hazırlanır. 11.04.2019-cu il tarixində "2a"sinfi B.S.Jidkovun "Suda batan oğlan"
"IVa"sinfi C.Cabbarlının "Dilarə", "VIa"sinif şagirdləri ilə A.Şaiqin "Köç"hekayesinin müzakirəsi olundu. Müzakirədə məktəb direktoru və müəllimlər iştirak edirdi. Şagirdlər müzakirədə fəal iştirak etdi, öz fikirlərini söylədilər

 
 

“Müstəqilliyin əbədi olsun Azərbaycan"

    05.04.2019-cu il tarixində Zaqatala rayon Aşağı Tala kənd 1 nomreli tam orta məktəbində Valideynlərlə bir gun,"Müstəqilliyin əbədi olsun Azərbaycan"adlı ədəbi bədii gecə keçirildi.Gecədə RTŞ-nin müdiri cənab H.Qurbanov,metod kabinetin müdiri B.Bayramov,biologiya metodisti G.Atayeva,məktəb direktorları, Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş və kəndin şəhid valideynləri habelə məktəbimizdə təhsil alan şagird valideynləri iştirak edirdi.Tədbir ilk öncə açıq dərslərin dinlənilməsi ilə başlandı.
  Açıq dərslər IIa IIIa,Va,Vb,VIIIa,VIIIb sinflərində təşkil olunmuşdur.Valideynlər və qonaqlar məktəbdə tədrisin yüksək səviyyədə tədris olunduğunun eyani şahidi oldular.Daha sonra bədii hissə ilə tədbir davam etdi.Tədbirdə qonaqlarımız şagirdlərimizin vətənə məhəbbət ruhunda tərbiyəsinin bir daha şahidi oldular

 
 

“Basketbol yarışı"

    03.04.2019 cu il tarixində Aşağı Tala kənd 1 nomrəli tam orta məktəbinin VII- VIII sinif şagirdləri arasında Aprel şəhidlərinin xatirəsinə həsr etdiyi Basketbol yarışı keçirildi. Yarışı məktəbin fiziki tərbiyə müəllimləri Ş.Hüseynova və R.Xəlilov təşkil etmişdir. Yarışda şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi. Allah şəhidlərimizə rəhmət eləsin.


 
 

“Şəhidlik zirvəsi"

    02.04.2019 cu il tarixində məktəbimizin şagirdləri Aprel döyüşlərində Vətən uğrunda canından-qanından keçmiş şəhid Rəvan Nurayevin qəbrini ziyarət etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin


 
 

“31 Mart Azərbaycanlıların Soyqırımı günü"

     28.03.2019 -cu il tarixində Aşağı Tala kənd 1 N-li tam orta məktəbində 31 Mart "Azərbaycanlıların Soyqırımı"na həsr etdiyi tədbiri keçirildi. Tədbirdə məktəbin tarix müəllimi İ.Filmanova bir daha Soyqırım haqqında şagirdlərə geniş məlumat verdi. Videoçarxlar göstərildi.


 
 

“Novruz gəlir, yaz gəlir"

     18.03.2019-cu il tarixində Aşağı Tala kənd 1 N-li tam orta məktəbində "Novruz"bayramı şənliyi keçirildi. Şənliyə şagirdlərimizin rəngarəng çıxışları birazda rəng qatdı. Bu gözəl Novruz bayramı münasibəti ilə bütün xalqımızı ürəkdən təbrik edir,can sağlığı, ruzi bərəkət əmin-amanlıq arzulayırıq.


 
 

Şahinlər Hərbi İdman Oyunu"

     Zaqatala rayon Aşağı Tala kənd 1 N-li tam orta məktəbində 05.03.2019 cu il tarixində "Şahinlər" Hərbi İdman oyununun Zaqatala rayon zona turu keçirildi. Yarışda məktəb direktoru, məktəbin GÇH-i R.Ramazanov, Rayon Təhsil şöbəsinin fiziki tərbiyə və GÇH-işləri üzrə metodisti M.Ömərov və komandaların Hərbi rəhbərləri iştirak edirdi. Zona turunda
I yer -Aşağı Tala kənd 1 N-li tam orta məktəb
II yer -Dağlı kənd tam orta məktəb
III yer -Şəhər 2 N -li tam orta məktəb
layiq görülmüşdür.


 
 

Mülki müdafiə günü"

      01.03.2019 cu il tarixində Aşağı Tala kənd 1saylı tam orta məktəbində 1-Mart "Mülki Müdafiə" gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə ilk olaraq həyəcan siqnalı verildi.Daha sonra məktəbin direktoru M.İsmayılova və GÇH-i R.Ramazanov çıxış edərək Fövqəladə vəziyyət zamanı nə etməli olduqları barədə şagirdlərlə maarifləndirici söhbətlər apardılar.


 
 

Qızıl güllər diyarı"

      Aşağı Tala kənd 1saylı tam orta məktəbində Tarix müəllimləri G. Mirzəyeva və İ. Filmanovanın "Zaqatala Qızıl güllər diyarı"na həsr etdiyi Kiçik Akademiyası keçirildi. Akademiyada VI-X sinif şagirdləri iştirak edirdi.Şagirdlər topladıqları məlumatları təqdim etdilər.Fəal iştiraklarına görə şagirdlər təşəkkürnamə ilə təltif olundular.


 
 

Xocalı soyqırımının ağır dərdləri unudulmur" adlı rəsm müsabiqəsi"

      Zaqatala rayonu Aşağı Tala kənd 1 saylı tam orta məktəbində 22.02.2019-cu il tarixində məktəbin V-VIII sinifləri arasında "Xocalı soyqırımının ağır dərdləri unudulmur" adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqəni məktəbin təsviri incəsənət müəllimi İsayeva Cövhərət keçirdi.
I yerə-Hüseynli Mədinə VI b
II yerə-Şabanova Qızılgül Vll a
III yerə-Aydəmirova Xədicə VI a
Layiq görülmüşlər. Bütün şagirdlərə uğurlar arzulayırıq.


 
 

Xocalı soyqırımının ağır dərdləri unudulmur" adlı rəsm müsabiqəsi"

      Zaqatala rayonu Aşağı Tala kənd 1 saylı tam orta məktəbində 22.02.2019-cu il tarixində məktəbin V-VIII sinifləri arasında "Xocalı soyqırımının ağır dərdləri unudulmur" adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqəni məktəbin təsviri incəsənət müəllimi İsayeva Cövhərət keçirdi.
I yerə-Hüseynli Mədinə VI b
II yerə-Şabanova Qızılgül Vll a
III yerə-Aydəmirova Xədicə VI a
Layiq görülmüşlər. Bütün şagirdlərə uğurlar arzulayırıq.


 
 

“Beynəlxalq Ana dili günü"

      Zaqatala rayonu Aşağı Tala kənd 1saylı tam orta məktəbində 21.02.2019-cu il tarixində Prioritet Tədbirlər planı əsasında "Beynəlxalq Ana dili günü" haqqında IIIa, IVb, X sinif şagirdləri tədbir keçirdilər. Tədbiri şagirdlər hazırladıqları şeirləri, çıxışları, mahnıları ilə daha da gözəlləşdirdilər. Əziyyəti olan hər kəsə təşəkkür edirik.


 
 

“İntellektual bilik yarışı"

      Zaqatala rayonu Aşağı Tala kənd 1 saylı tam orta məktəbin psixoloqu Günel İsmayılova VIII, IX, X sinif şagirdləri arasinda məktəbdaxili intellektual bilik yarişi keçirdi.Yarışda məktəbin Təşkilatçısı K.Ağayeva, UBTR-M.Xəlilova iştirak etdilər. Yariş iki komanda şəklində keçirildi.
I yerə- Bilik komandası
IIyerə- Zəka komandası


 
 

“Xocalı soyqırımına həsr edilmiş müsabiqə"

      Zaqatala rayonu Aşağı Tala kənd 1N-li tam orta məktəbində 15.02.2019-cu il tarixində "Xocalı Soyqırımı"na aid I-IX sinif şagirdləri arasında şeir müsabiqəsi keçirildi. Müsabiqə məktəbin direktoru Mehnurə müəllimə , UBTR-i, məktəbin ana dili və ədəbiyyat müəllimləri iştirak edirdi. Müsabiqədə şagirdlər fəal iştirak etdilər. Onların hamısı həvəsləndirmə tərifnamələrinə layiq görüldülər..


 
 

“Şəhdilik zirvəsi"

      16 yanvar 2019-cu ildə məktəbimizin VII və VIII sinif şagirdləri ilə birlikdə Aşağı Tala kədində yerləşən "Şəhidlər Abidəsini" ziyarət etdik. Fani olan dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu Vətəni göz bəbəyi kimi sevmək və yolunda canından keçməkdir. Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğul və qızlarımız döyüşlərdə mənfur düşmənə ağır zərbə vurmaqla, layiqli dərs verməklə təkcə qəhrəmanlıq salnaməsinə adlarını yazmırlar, eyni zamanda Vətənin bölünməzliyinə imza atırlar. Allahdan bütün həlka olmuş şəhidlərimizə rəhmət diləyirik. ŞƏhid məzarları and yerimizdir.


 
 

“Şəhidlər ölməz, Vətən bölünməz"

      14 yanvar 2019-cu ildə məktəbimizin III, IV, V və VI sinif şagirdləri ilə birlikdə Aşağı Tala kədindən şəhid düşən şəhidlərin məzarlarını ziyarət etdik. Şagirdlər şəhid məzarlarına gül-çiçək dəstələri qoydular, dua etdilər. Allahdan şəhidlərimizə rəhmət diləyirik. Qəbirləri nurla dolsun. Əlbət itirilən torpaqlarımızı geri aldığımız gün onların da ruhları şad olacaqdır.

 
 

“Yeni il, yeni arzular"

      31 dekabr "Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ili" qeyd edirik. Yeni il Bayramı — dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləyirlər. Bu yeni il hər kəsə xeyirli və düşərli olsun. Qarşıdan gələn yeni il münasibətilə məktəbimizin kollektivi adından hər birinizi təbrik edir və bol bərəkətli, sağlıqlı və xoşbəxtliklə dolu il olmasını arzulayırıq.

 
 

Ulu öndərə həsr olunmuş açıq dərs"


   11.12. 2018-ci il tarixində məktəbin tarix müəllimi Filmanova İlahənin Heydər Əliyev mərkəzində, Ulu Öndər Heydər Əliyevin "Anım gününə" həsr olunmuş açıq dərsi keçirilmişdir. İlahə müəllimə  Ümumilli Lider Heydər Əliyevin keçdiyi həyat yolundan bəhs etmişdir. Dərsdə videoçarxlar göstərilmişdir. 

 
 

Əbədi lider"


   10.12.2018-ci il tarixində məktəbimizdə Ulu Öndər Heydər Əliyevin anim günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə məktəbin Vll-Vlll sinif şagirdləri gözəl çıxışları ilə fərqlənirdi. Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Mehnurə müəllimə ulu öndərin keçdiyi həyat yolundan, danışdı. Daha sonra isə məktəbimizin tarix müəllimi Günel müəllimə də Heydər Əliyev siyasi kursundan geniş şəkildə danışdı. 


 
 

Azərbaycan Xalq Cumhuriyyəti 100"


   05 dekabr 2018-ci ildə  məktəbimizdə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbiri məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Arzu müəllimə təşkil etdi. Tədbirlər rayonumuzun ictimaiyət nümayəndələri iştirak edirdi. Şagirdlərin hazırladıqları rəqslər, şeir kompozisiyaları, səhnələr, ifa etdikləri mahnılar maraqla qarşılandı.

 
 

QİÇS-lə mübarizə günü"


   30 noyabr 2018-ci ildə  məktəbimizdə "Ümumdünya QİÇS-lə mübarizə günü" ilə bağlı tədbir keçiridi.Tədbiri VII-X sinif şagirdləri hazırlamışdır. 1988-ci ildən etibarən hər il dekabr ayının 1-də “Ümumdünya QİÇS-lə mübarizə günü” qeyd edilir. Bu tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunmuşdur.

 
 

Şanlı Bayrağım"


   8 noyabr 2018-ci ildə məktəbimizdə "Bayraq günü" ilə əlaqədar rəsm, şeir müsabiqələri və tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Müsabiqədə yer tutmuş şagirdlərə məktəb direktoru tərəfindən təşəkkürnamə təltif edildi. Şagirdlərin maraqlı şeir və musiqi çıxışları tədbiri rəngarəng etdi. 

 

 
 

Vətənimiz  - müqəddəs and yerimiz"


   23.10.2018-ci il tarixində Aşağı Tala kənd 1 nomrəli tam orta məktəbində 2 A sinif şagirdlərinin təqdimatinda "Vətənpərvərlik" movzusunda tədbir keçirildi.Tədbirdən qisa da olsa goruntuləri sizə təqdim edirik. Afərin size korpə balalar. Uğurlariniz davamlı olsun.

 
 

Beynəlxalq fındıq festivalı"


   29 sentyabr 2018-ci ildə rayonumuzda möhtəşəm şəkildə Beynəlxalq Findiq, Qoz, abalıd festivalı keçirildi. Fındıqdan qozdan, şabalıddan hazırlanmış çox gözəl əsərlərdən ibarət sərgilər nümayiş olundu. Festivala Tala 1 saylı məktəb olaraq hazırladığımız əl işi çox bəyənildi. Məktəbimiz adından başda direktorumuz Mehnurə müəllimə olmaqla hər birinizi təbrik edirik. Uğurların davamını gözləyin.😊

 

 
 

İlk dərs günü"


   17.09.2018-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Naziri cənab Ceyhun Bayramovun imzaladığı əmrə əsasən ümumtəhsil məktəblərində ilk dərslər I-IV sinflərdə Vətənim Azərbaycan, V-IX sinflərdə Dövlət rəmzləri, X-XI sinflərdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olundu.İlk dərslər məhz sərəncama əsasən həyata keçirildi.

 
 

Bilik günü"


   15 sentyabr Bilik gunu ilə əlaqədar məktəbimizdə tədbir keçirildi. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mübariz Əhmədzadə, TŞ-nin müdiri  Habil Qurbanov və Aşağı Tala kənd ərazi nümayəndəsi Abduləziz müəllim iştirak etdi. Qonaqlar bütün müəllim və şagird kollektivinə uğurlar arzuladi. Bu ilin məzunu olan 695 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüş Hüseynova Səmra Hüseyn qizinı təbrik edərək, uğurlarin davamlı olmasını arzu etdilər. Bizdə Tala 1 N-li məktəb olaraq başda direktorumuz Mehnurə müəllimə olmaqla bütün şagirdlərimizə uğurlar yüksək nəticə arzulayırıq.

 

 1    2    3    4    5    6    7    8 

 
Axtar
Back to content | Back to main menu