- tala 1 sayli

Go to content

Main menu:

 1    2    3    4    5    6    7    8 

 
 
 

    " Respublika Günümüz mübarək "                     

 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi.
 

 
 

    " Xalqa bağışlanan ömür "                     

 Ulu öndər Heydər Əliyevin anadan olmasından 97 il ötür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır. Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Yeni əsrin lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, praqmatik siyasəti ilə ölkəmizi irəli aparır.
 

 
 

    " Evdə qal, təhsildən qalma "                     

 Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin 2b və 1ci  sinif şagirdləri Azərbaycan dili fənnindən online dərs zamanı."Evdə qal,Təhsildən qalma"
Müəllimə:Şabanova Nargilə, Tahirzadə Fərqanə
 

 
 

    " Faşizm üzərində Qələbə "                     

 Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub. Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmayıb. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib.
 

 
 

    " Evdə qal, təhsildən qalma"                     

 Məktəbimizin 4b sinif şagirdləri və Şabanova Ofelya müəllimənin online Azərbaycan dili dərsindən."Evdə qal,Təhsildən qalma".
 

 
 

    " Şuşasız 28 il"                     

 1992-ci ilin mayın 8-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi şəhəri olan Şuşa işğal olunub. İşğalı nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.
 

 
 

    " Evdə qal, təhsildən qalma"                     

 Məktəbimizin 9b sinif şagirdləri və Yekibaşova Arzu müllimənin online Azərbaycan dili dərsindən. "Evdə qal,təhsildən qalma".

 
 

    " Oftalmologiyamızın incisi"                     

 Mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmiş Zərifə xanım Əliyeva da belə seçilmiş insanlardan olmuşdur. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Zərifə Əliyevanın xatirəsi həmişə qəlbimizdə yaşayacaq.

 
 

    " Evdə qal, təhsildən qalma"                     

 Məktəbimizin 7-ci sinif şagirdləri Fizika fənnindən online dərs zamanı. Müəllimə Mehdiyeva Aygün.  "Evdə Qal,Təhsildən qalma"

 
 

    " Evdə qal, təhsildən qalma"                     

 Məktəbimizin 1- ci sinif şagirdlərinin Texnologiyadan online dərsə hazırladıqları əl işləri.Muəllimə Ağayeva Humay."Evdə qal,Təhsildən qalma"

 
 

    " Evdə qal, təhsildən qalma"                     

  Məktəbimizin 5a sinif şagirdləri və Abdullayeva Günel müllimənin online Azərbaycan dili dərsindən."Evdə qal,təhsildən qalma".

 
 

    " Evdə qal, təhsildən qalma"                     

   4a sinif şagirdləri və Ömərova Mesed müəllimənin online Riyaziyyat dərsindən."Evdə qal,təhsildən qalma".

 
 

    " 31 mart - Azərbaycanlıların Soyqırımı günü"                     

   Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
 

 
 

    " Novruz gəlir, yaz gəlir"                     

   Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biri Novruz bayramıdır. Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın.
                     Novruz bayramınız mübarək!
 

 
 

    " Evdə qal, sağlam qal!!!"                     

   Son dövrlər koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi müşahidə olunur. Ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması təmin edilmişdir. Cənab Prezidentimiz İlham Əliyev pandemiya ilə mübarizə dövründə bir sıra mühüm qərarlar qəbul etmiş, əhalinin sağlamlığı üçün işlər görmüşdür. Bu qərarlar nəticəsində Azərbaycan dövləti yeni növ virus olan Covid-19 virusu ilə mübarizədə xüsusi işlər görmüşdür.
Biz də təhsil işçiləri olaraq cənab Prezidentimizin verdiyi qərarları dəstəkləyir və hər zaman onun yanında olduğumuzu bildiririk.
      Biz Birlikdə Güclüyük

 
 

    " Beynəlxalq Qadınlar günü"                     

   8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.

 
 

    " Mülki Müdafiə günü"                     

   28.02.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində "Mülki Müdafiə" günü ilə bağlı tədbir keçirildi.Tədbirdə həyacan zəngi çalındı. Məktəbin direktoru M.İsmayılova, GÇQHR-i Ramazanov Rəcəb, Fizika müəllimi Mehdiyeva Aygün, Biologiya müəllimi Soltanova Gülnar şagirdlərə ətraflı məlumat verdilər.

 
 

    " Maarifləndirici tədbir"                     

27.02.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Şəki Regional Mərkəzinin Müvəkkili (Ombudsman) Pərviz Məmədovun və əmakdaşlarının şagirdlərlə görüşü keçirildi.

 
 

    " Xocalı - Unutmadıq.... Unutmarıq....."                     

26.02.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində Xocalı Soyqırımının 28-ci il dönümü ilə əlaqədar olaraq həlak olan soydaşlarımızın ruhları bir dəqiqəlik sükutla yad edildi. Birinci dərs saatları Xocalı soyqırımına həsr olundu. Allah rəhmət eləsin

 
 

    "Xocalı soyqırımı ilə bağlı basketbol yarışı"                     

20.02.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbinin VIII-XI sinif şagirdləri arasında Xocalı soyqırımının 28-ci il dönümü ilə əlaqədar Basketbol yarışları keçirildi. Yarışda I-yer IX sinif şagirdləri
II-yer VII sinif şagirdləri layiq görülmüşdür. Bütün komandalara uğurlar arzulayırıq.

 
 

    "Xocalı soyqırımı ilə bağlı rəsm müsabiqəsi"                     

 21.02.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində "Xocalı soyqırımının" 28-ci il dönümü ilə əlaqədar rəsm müsabiqəsi keçirildi. Müsabiqədə: 
I-yer Hüseynli Mədinə VII sinif şagirdi
II-yer Qaracayeva Aişə VII sinif şagirdi
III-yer İsgəndərli Fidan VII sinif şagirdləri   layiq görülmüşdür.

 
 

    "Qarabağ-əjdadlarımızın mirası"                     

 21.02.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində tarix fənnindən "Qarabağ-Əjdadlarımızın mirası" mövzusunda Kiçik akademiya keçirildi. Akademiyada şagirdlər tərəfindən çəkilmiş Şuşa qalası, Xarı bülbül rəsmləri nümayiş olundu. Qarabağın tarixi abidələri, Qarabağ müharibəsi, atları, xalçası və.s haqqında məlumat verildi.

 
 

"Ana dilimiz milli sərvətimizdir"                      

 20.02.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində Beynəlxalq Ana dili günü münasibəti ilə "Ana dilimiz milli sərvətimizdir" adlı tədbir keçirildi. Tədbirdə şagirdlər çıxış edərək ,Azərbaycan dili dünya dilləri içərisində öz gözəlliyi, öz avazı ilə seçilən, uzaq tariximizi bu gün də yaşatmağa kömək edən bir dildir. Dilimiz milli sərvətimizdir. Hər şey ana dilindən başlayır və o, ana südü qədər müqəddəsdir söylədilər. Tədbirin şagirdlərin hazırladıqları kompozisiya ilə davam etdirildi.

 
 

"Mahnılarımızda vətənpərvərliyin tədris edilməsi"                      

 19.02.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində Azərbaycan Respublikasının Təhsil Naziri cənab Ceyhun Bayramovun F-18 nömrəli əmrinin 3.1.4 bəndinə uyğun olaraq Vətən məhəbbəti tərənnüm edilən poeziya nümunələri və mahnıların ən yaxşı ifaçılarının seçilməsi məqsədi ilə VI b sinfində mahnılarımızda  "Vətənpərvərliyin tədris edilməsi" mövzusunda dərs keçirildi. Şagirdlər Azərbaycanın karifey sənətkarları haqqında məlumatlar verdilər.

 
 

”Şahin" Respublika hərbi idman oyununun 

məktəbdaxili yarışı                         

 17.02.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində VIII-X sinif şagirdləri arasında ”Şahin" Respublika hərbi idman oyununun məktəbdaxili yarışı keçirildi. Yarışın məqsədi yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, ümumtəhsil məktəb şagirdlərinin hərbi idman oyunlarına geniş cəlb etməklə, onların ordu sıralarına xidmətə hazırlanmasına dair köməklik göstərilməsini 
təmin etməkdir.

 
 

"Ana dilimizi sevək, sevdirək"                         

 18.02.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramovun F-18 №li əmrinin 2.1.6 bəndinə əsasən Azərbaycan dilinin zəngin ifadə vasitələri, poeziya, nəsr və elm dili olması, təkmil, ədəbi dil səviyyəsinə yüksəlməsi məqsədi ilə 
I-IV sinif şagirdlərinin "Ana dilimizi sevək ,sevdirək" adlı ədəbi bədii kompozisiya keçirildi.

 
 

"Ana dilimizi sevək, sevdirək" 

(İnşa müsabiqəsi)                         

 17.02.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində "Ana dilimizi sevək və sevdirək"adlı inşa müsabiqəsi keçirildi.Müsabiqədə V-IX sinif şagirdləri iştirak edirdi.
I-yer Məmmədov Fərid VIII sinif
II-yer İsgəndərli Aynur VIII sinif
III-yer Soltanlı Xanım VIII sinif
IV -yer Babayev Cəbrail VII sinif 
  şagirdləri layiq görülmüşdür.

 
 

"Xalqın mərd oğlu- Mübariz İbrahimov"                          

 06.02.2020-ci il Aşağı Tala kənd 1№li tam orta məktəbində Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin Tarix müəllimi Filmanova İlahə Mübariz İbrahimovun qəhrəmanlığından, keçdiyi həyat yolu haqqında şagirdlərə məlumat verdi.

 
 

"2 Fevral - Gənclər günüdür"                          

 03.02.2020-ci il tarixində Aşağı Tala kənd 1№li tam orta məktəbində "Gənclər günü" ilə əlaqədar məktəbin coğrafiya müəllimi Ərəbli Fatimə IX-X-XI sinif şagirdləri ilə "Gənclər bizim sabahımızdır" adlı tədbir keçirdi. Tədbirdə şagirdlər şeir kompozisiyaları, mahnılarla çıxış etdilər.

 
 

"Şagirdlərimizin uğuru"                          

  30.01.2020-ci il tarixində məktəbimizin VII sinif şagirdi Soltanlı Sənan Ramal oğlu, VIII sinif şagirdi Məmmədov Fərid Ramil oğlu Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Nizami Gəncəvi adına Mərkəzi kitabxanada təşkil olunmuş "Gənc yazarların tanıdılması layihəsində" iştirak etmiş təşəkkürnamə və hədiyyələrlə təltif olunmuşlar.

 

 1    2    3    4    5    6    7    8 

 
Axtar
Back to content | Back to main menu